Rusiya və Qazaxıstan arasında razılaşma pozuldubackend

Rusiya və Qazaxıstan arasında razılaşma pozuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Qazaxıstan arasında Balxaş qovşağına dair razılaşma ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Sənəd 2014-cü ilin dekabrında Moskvada imzalanıb. Müqavilənin müddəti 2023-cü il dekabrın 16-da başa çatıb. 2020-ci ilin iyununda isə Rusiya Balxaş raket hücumu xəbərdarlığı sistemi üçün istifadədən imtina edib.

Bildirilib ki, müqavilənin müddətinin bitməsinə azı altı ay qalanda tərəflərdən heç biri ona xitam vermək niyyəti barədə məlumat vermədikdə, sənəd avtomatik olaraq üç il uzadılır.