Rusiya və Serbiya ABŞ-ın müştərək enerji şirkəti NIS-ə qarşı sanksiyaları barədə danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hazırda müvafiq strukturlar vasitəsilə onların həlli istiqamətində danışıqlar aparılır”, – deyə o vurğulayıb.
NIS-in 56,15%-i “Qazprom Neft” və “Qazprom”a, digər 29,87%-i isə Serbiya hökumətinə məxsusdur. Serbiyanın büdcəsinin 9%-i bu şirkətdən alınan vergilərdən gəlir.
Bundan əvvəl Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirmişdi ki, onun ölkəsi Rusiyanın NIS-dəki payını əlindən almayacaq.