Rusiya və Serbiya bu ilin may ayından güzəştli şərtlərlə yeni qaz müqaviləsi imzalamaq üçün fəal işləyir.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.
Serbiya hökumətində nazir vəzifəsini icra edən Nenad Popoviç Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə enerji sektorunda tərəflərin strateji tərəfdaşlığını müzakirə edib.
Popoviç vurğulayıb ki, Serbiya və Rusiya prezidentləri Aleksandr Vuçiç və Vladimir Putin tərəfindən imzalanmış əlverişli qaz tədarükü müqaviləsi sayəsində respublikanın vətəndaşları və iqtisadiyyatı üçün yanacağın qiyməti Avropada ən aşağı qiymətə düşüb.