Rusiya və Suriya prezidentləri Türkiyədə görüşə bilərbackend

Rusiya və Suriya prezidentləri Türkiyədə görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Bəşər Əsədi Türkiyəyə dəvət edə bilərik.

NOCOMMENT.az Report-a xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanadan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, V.Putinin Türkiyəyə ehtimal olunan səfəri yeni mərhələnin əsası ola bilər: “Suriyanın yenidən ayağa qalxması və sabitsizliyə soon qoyulması şərtdir. Sülh qapısı açıla bilər. Biz dostumuz Suriyaya dostluq əlimizi daim uzatdıq və uzadırıq. Suriyanın hər zaman yanında olarıq. Yetər ki, Suriya toparlansın”.

R.T.Ərdoğan qeyd edib ki, PKK/PYD/YPG, İŞİD kimi terror təşkilatları Suriyanın yenidən ayağa qalxmasına mane olmaq istəyir.