Rusiya və Tacikistan bir sıra sənədlər imzalayıblarbackend

Rusiya və Tacikistan bir sıra sənədlər imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan prezidenti Emoməli Rəhmonun Rusiyaya rəsmi səfəri zamanı tərəflər əməkdaşlığın genişləndirilməsinə dair səkkiz sənəd imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, sənəd mübadiləsi mərasimi Kremldə iki ölkə prezidentinin iştirakı ilə baş tutub.

Rusiya Federasiyası və Tacikistan arasında sənaye sahəsində əməkdaşlıq planı, nəqliyyat sektorunda kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı haqqında memorandum və nəqliyyat sektorunda əməkdaşlıq üçün praktiki tədbirlər planı imzalanıb.

Rusiya və Tacikistanın iqtisadi inkişaf nazirləri əməkdaşlıq memorandumu imzalayıblar.

Məhkəmə qərarlarının və digər dövlət sənədlərinin icrası sahəsində anlaşma və əməkdaşlıq memorandumu da imzalanıb.

Bundan əlavə, imzalanmış sənədlər arasında gömrük sahəsində saziş, əmək müfəttişliyi və məşğulluğun təşviqi üzrə anlaşma və əməkdaşlıq memorandumu da var.

Kurçatov İnstitutu ilə Tacikistan Milli Elmlər Akademiyası arasında elmi və elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb.