Rusiya və Türkiyə XİN-ləri arasında məsləhətləşmə: Razılıq əldə olundubackend

Rusiya və Türkiyə XİN-ləri arasında məsləhətləşmə: Razılıq əldə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, tərəflər arasında Ukrayna, Suriya, Fələstin kimi bölgələrlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.

Məsləhətləşmələr zamanı qeyd olunan regionlarda mövcud münaqişələrin BMT TŞ-nin nizamnamələri, həmçinin beynəlxalq hüquqi normalar əsasında həllinin vacibliyi vurğulanıb. Gərginliyin hökm sürdüyü ərazilərdə humanitar problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində səylərin davam etdiriləcəyi razılaşdırılıb.
Oxu.az