Danışıqların ikinci raundu zamanı Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəs imkanlarını, həmçinin iki ölkə liderləri arasında potensial görüşü müzakirə etməyi planlaşdırır.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan açılış nitqi zamanı deyib.
Fidan həmçinin ümid etdiyini bildirib ki, danışıqlar zamanı Moskva və Kiyev nümayəndələri əsirlərin mübadiləsi ilə bağlı yeni razılaşmalar əldə edəcəklər.
Bundan əvvəl İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundunun başladığı barədə məlumatlar yayılıb. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. İclasda Ukraynanı müdafiə naziri Rustem Umerov təmsil edir.