Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduroya bildirib ki, Rusiya Federasiyası ölkə rəhbərliyinin milli iqtisadiyyatın və suverenliyin möhkəmləndirilməsi istiqamətində səylərini dəstəkləməyə davam edəcək.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Kremlin saytında məlumat verilib.
Rusiya lideri Venesuela prezidenti ilə telefon danışığı aparıb. Kremlin məlumatına görə, iki ölkə başçıları enerji, ticarət və investisiya, eləcə də mədəni-humanitar sahədə Rusiya-Venesuela əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Bəyanatda deyilir: “Rusiya Venesuela rəhbərliyinin milli iqtisadiyyatı və suverenliyi gücləndirmək səylərini dəstəkləməyə davam edəcək”.