Rusiya vətəndaşları Gürcüstana səfər edə bilərlərbackend

Rusiya vətəndaşları Gürcüstana səfər edə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.

NOCOMMENT.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələ ki bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər.

Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu bildirir.

Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya uçaraq, sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.

“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72 saat ərzində əldə olunan “PCR” testini təqdim etməlidirlər”, – deyə nazirlikdən bildirilib.