Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a görə Almaniyanın suverenliyini itirdiyini açıqlayıbbackend

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a görə Almaniyanın suverenliyini itirdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya dərin siyasi böhran içindədir və öz suverenliyini itirərək ABŞ-ın birbaşa vassalı olub. 

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib .

“Gözümüzün qabağında Almaniya bu illər ərzində öz suverenliyini itirərək ABŞ-ın birbaşa vassalı olub. Siz Almaniya cəmiyyətinin vəziyyətini də görməlisiniz, hansı ki, ona nəinki iqtisadi nöqteyi-nəzərdən, həm də ideoloji baxımdan nə edildiyini dərk etmir”, – diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Almaniya hazırda dərin siyasi böhran içindədir və “bu, uzunmüddətli hekayədir”.

Avqustun 23-də Zaxarova bildirib ki, Ukraynaya silah tədarükünü davam etdirən Almaniyaya xəyanət cəzasız qalmayacaq. “Rusiya Almaniya iqtisadiyyatının inkişafı üçün qaz kəmərlərinin tikintisinə başladı. İndi isə onların bizi qınamaq və hətta ittiham etmək, üstəlik, Kiyevə hərbi yardım göstərməklə bizə qarşı vuruşmaq cəsarəti var ”, – diplomat vurğulayıb.