NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında Qəzza zolağından təxliyə olunmaq üçün siyahıda çoxlu uşaq olduğunu bildirib.
Diplomatın sözlərinə görə, söhbət artıq bir aydır “blokadada” olan 300-ə yaxın azyaşlı Rusiya vətəndaşından gedir.
Bundan əvvəl Zaxarova bildirib ki, Moskva İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvinin Qəzza zolağından təxliyəsi üçün Rusiya vətəndaşlarının siyahısının razılaşdırılmasının iki həftə çəkə biləcəyi barədə bəyanatından şoka düşüb. Diplomatın sözlərinə görə, Moskva başa düşə bilmir ki, Rusiya Federasiyasının səylərinə baxmayaraq, rusların təxliyəsi prosesi niyə blokdan çıxarılmır.