Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ terror hücumlarına hazırlaşırbackend

Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ terror hücumlarına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzü bir ilə yaxındır davam edərkən, Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddiası diqqət çəkib.

NOCOMMENT xəbər verir ki, Rusiya iddia edib ki, ABŞ Rusiya və Müstəqil Dövlətlər Birliyində (MDB) terror aktları həyata keçirmək üçün 60 nəfər seçib.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ-ın Rusiya və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində terror aktları törətmək üçün İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qruplardan döyüşçülər cəlb etdiyini iddia edib. SVR tərəfindən edilən açıqlamada aşağıdakı ifadələr yer aldı:

“Etibarlı məlumatlara görə, ABŞ əsgərləri Rusiya və MDB ölkələrində terror aktları törətmək üçün İŞİD və Əl-Qaidə ilə əlaqəli cihadçı qruplardan döyüşçüləri fəal şəkildə cəlb edir. Bunun üçün Yaxın Şərqdəki münaqişələrdə təcrübəsi olan 60 terrorçu seçilib”.