Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) elan edib ki, Aİ-nin Tbilisidəki missiyası Gürcüstanda hökumət əleyhinə aksiyaların maliyyələşdirilməsi və koordinasiyası üçün xeyli vəsait ayırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
SVR bəyanatında iddia edilir ki, Avropa İttifaqı Gürcüstanı “demokratiya və Avropaya inteqrasiya” yoluna qaytarmağa çalışır, bu ölkəyə Qafqazda Qərb təsirinin mühüm aləti kimi baxır.
Xidmətin məlumatına görə, Aİ ideoloji çağırışlardan birbaşa siyasi təzyiqə keçir, etirazçıları maliyyələşdirir (gündə 120 avroya qədər) və gənclərə Qərbə yönəlmiş layihələrin həyata keçirilməsi üçün qrantlar (50 000 avro) ayırır. Maliyyələşmənin əsas şərti Aİ-yə loyallıq nümayiş etdirməkdir.