Rusiya Xarkov şəhərini atəşə tutdubackend

Rusiya Xarkov şəhərini atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu bu gün Ukraynanın Xarkov şəhərini atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla 9 nəfər yaralanıb.

Həmçinin, ərazidə yaşayış binalarına, mülki infrastruktura və elmi müəssisəyə ziyan dəyib.

Rusiya Müdafiə Nazirliyi isə Oryol vilayətinə PUA hücumu olması barədə məlumat yayıb. Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri Oryol vilayətində Ukraynaya məxsus 4 PUA-nı ələ keçirib.