Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunan azərbaycanlılarbackend

Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunan azərbaycanlılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.

Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:

Samara – 9 nəfər (2 nəfər reanimasiyada)

Novosibirsk – 36 nəfər

Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri – 40 nəfər (6 nəfər)

Stavropol diyarı – 11 nəfər

Mari El Respublikası – 8 nəfər (1 nəfər)

Ulyanovsk – 4 nəfər

Kirov – 13 nəfər (2 nəfər)

Sankt-Peterburq – 41 nəfər (15 nəfər)

Murmansk – 105 nəfər (23 nəfər)

Moskva – 74 nəfər (13 nəfər)

Nijni Novqorod – 36 nəfər (8 nəfər)

Tver vilayəti – 9 nəfər

Kostroma vilayəti – 12 nəfər

Saxalin vilayəti – 7 nəfər (1 nəfər)

Dağıstan Respublikası – 7 nəfər (3 nəfər).