Rusiya XİN: ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermirbackend

Rusiya XİN: ABŞ-ın seçki sistemi müasir demokratik standartlara cavab vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Vaşinqtonda ötən gün baş verənləri ABŞ-ın daxili işi hesab edir.

NOCOMMENT-in trend-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, ABŞ-dakı seçki sistemi köhnəlib: “Bu, ABŞ-ın daxili işidir. Amma bir daha vurğulamaq lazımdır ki, ABŞ-ın seçki sistemi arxaikdir, müasir demokratik standartlara cavab vermir və çoxsaylı pozuntulara yol açır. ABŞ KİV-ləri isə siyasi mübarizənin alətinə çevrilib. Bu, hazırda ABŞ cəmiyyətində indi müşahidə olunan parçalanmaya gətirib çıxarıb”.