Rusiya XİN: ABŞ Kiyevə xərcləri azaltmaq üçün hərbi əməliyyatları dayandırmalıdırbackend

Rusiya XİN: ABŞ Kiyevə xərcləri azaltmaq üçün hərbi əməliyyatları dayandırmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin xərclərini azaltmaq üçün ABŞ Ukraynada döyüşləri dayandırmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

“ABŞ onlar üçün zərərli aktivə çevrilmiş Kiyev rejiminin saxlanması xərclərini azaltmaq və onun yaşaması üçün məsuliyyət yükünü avropalı tərəfdaşların üzərinə yükləmək üçün hərbi əməliyyatları dayandırmalıdır”, – deyə diplomat bildirib.

Polisçuk qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının niyyətləri barədə danışarkən “unutmaq olmaz ki, Vaşinqton Ukrayna böhranının müəllifidir və Kiyevin tərəfində münaqişədə birbaşa iştirak edir”. “O, bu münaqişədən, o cümlədən qlobal hegemonluğunu təmin etmək üçün bir vasitə kimi istifadə edir” dedi, “Amerika doktrina sənədləri dəyişməyib, onlar Rusiyanı əsas düşmənlərdən biri kimi görürlər”. Polisçuk bildirib ki, ölkəmizə “strateji məğlubiyyət” verilməsi məsələsində Vaşinqtonda ikitərəfli konsensus var.