Rusiya XİN: Beynəlxalq təşkilatlar Kiyev rejiminin insan haqlarını pozmasına adekvat reaksiya vermirbackend

Rusiya XİN: Beynəlxalq təşkilatlar Kiyev rejiminin insan haqlarını pozmasına adekvat reaksiya vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, beynəlxalq təşkilatlar Kiyev rejiminin insan haqlarını pozması ilə bağlı adekvat reaksiya vermir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirlik vurğulayıb ki, Rusiya mütəmadi olaraq BMT və ATƏT-ə Ukrayna hakimiyyətinin sistemli cinayətlərini əks etdirən sənədlər göndərir. Buraya dil və milli mənsubiyyət əsasında ayrı-seçkilik, kanonik Ukrayna Pravoslav Kilsəsinə təqib və siyasi repressiyalar daxildir.

Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, Kiyevdə millətçi rejim mövcuddur və insan haqlarının bütün sahələrində kobud pozuntular törədilir.