Rusiya XİN BRİKS ölkələrinin Ukrayna ilə bağlı mövqeyini dəyərləndiribbackend

Rusiya XİN BRİKS ölkələrinin Ukrayna ilə bağlı mövqeyini dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya BRİKS ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı balanslaşdırılmış mövqeyini və onun xarici rəylərdən müstəqilliyini yüksək qiymətləndirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev bildirib. 

“Təsdiq etmək istərdim ki, Rusiya BRİKS üzrə tərəfdaşlarımızın Ukrayna mövzusunda tutduğu balanslı mövqeyi və sülh yolu ilə nizamlanmanın lehinə irəli sürülən təşəbbüsləri çox yüksək qiymətləndirir”, – diplomat bildirib.

O qeyd edib ki, assosiasiya daxilindəki təşəbbüslərin müxtəlifliyi RF-nin öz fikrini tərəfdaşlara sırımadığını deməyə əsas verir.