İşdən çıxarılan nazir müavini Mixail Boqdanovun köməkçisi, istintaqa cəlb edilib, özünün də həbs ediləcəyi gözlənilir-məxfi məlumatlar xaricə necə sızdırılıb?
Rusiya Xarici İşlər Nazirliyində xaricdəki diplmatik korpusda məxfi xəbərlərin sızdırılması şübhəsi ilə araşdırma başlayıb.
NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, Sergey Lavrovun 20 ildir rəhbərlik etdiyi strukturda araşdırmaya Federal Təhlükəsizlik Xidməti cəkb olunub.Araşdırma bir neçə gün əvvəl gözlənilmədən işdən çıxarılan Rusiya xarici işlər nazirinin müavinin Mixail Boqdanovun işdən çıxarılması ilə başlayıb. Mixail Boqdanovun xarici işlər nazirinin müavini və Yaxın Şərq üzrə xüsusi nümayəndə postunu itirməsi iddia etdiyi kimi yaşı ilə yox, daha ciddi insidentlə – çox məxfi məlumatların xaricə sızması ilə bağlıdır.
İstintaqın əhatə dairəsinin XİN-in Baş Katibliyinin birinci katibi, Boqdanovun yaxın köməkçisi Vasili Kravçenkonun həbsindən sonra genişlənəcəyi cəlb edilib. O, məxfi materialları ötürməkdə şübhəli bilinir və məhz Kravçenkonun həbsi Boqdanovun da postunu itirməsi ilə nəticələnib, onun da həbsi istisna edilmir.
Məlumata görə, “FSB” XİN-dəki xain qalmaqalından özünə genişləndirilmiş səlahiyyətlər verilməsi üçün istifadə etmək niyyətindədir. Yəni söhbət diplomatların SSRİ dövründə Dövləıt Təhlükəsizlik Komitəsinin(KQB) izlənilməsi modelinə qayıdışdan gedir.
Boqdanova qarşı da rəsmi ittiham irəli sürülsə, bu, müasir tarixdə ilk dəfə olacaq ki, Sergey Lavrovun çevrəsindən bu qədər yüksək rütbəli şəxs istintaqın nəzarətinə düşəcək. Bu isə Sergey Lavrovun karyerasına ciddi zərbə olacaq, bütün XİN sistemində ciddi “təmizləınmə” başlayacaq.
Lavrovun səhhəti əvvəlki kimi işləməyə imkan vermədi və istefaya göndəriləcəyi haqda xəbərlər yeni deyil. Xarici işlər nazirinin mövqeyi əsasən, simvolik xarakter daşıyır, çünki Rusiya Konstitusiyasına görə xarici siyasətə prezident cavabdehdir. Bu mənada Xarici İşlər Nazirliyi sadəcə olaraq dövlət başçısının tapşırıqlarını icra edən bir aparatdır. Amma son qalmaqal Lavrovun səhhətinin diplomatın iş əmsalını və mövqeyini xeyli zəiflətdiyi iddialarını təsdiqləyir. Lavrov artıq neçə ildir işdən getmək istəyir, bir neçə dəfə dövlət rəhbərliyinə də yorulduğu haqda mesajlar verib.
Mənbələr əmindir ki, nazirin vəziyyəti o qədər pisləşib ki, bu, onun işinə mənfi təsir edir, tez-tez əsəbiləşir və çox vaxt pis əhval-ruhiyyədə olur. Bu da Lavrovun tez-tez özündən çıxmasına və diplomatik qalmaqala səbəb olur. O da bildirilir ki, artıq İsrailin ən yaxşı klinikalarının birində Lavrovun müalicəsi üçün plan hazırlanıb. Yada salaq ki, Lavrovun kürəkəni və qızı İsrail vətəndaşlarıdır.
Rusiya Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev olacağı söylənilir. Bu vəzifəyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təyin ediləcəyi də mümkün variant kimi görünür.
Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.