Rusiya XİN: Dəhliz ətrafındakı gərginlik sülh prosesinə mane olurbackend

Rusiya XİN: Dəhliz ətrafındakı gərginlik sülh prosesinə mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Laçın dəhlizi ilə bağlı son situasiyaya münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, Qaluzin vəziyyətin gərginləşməsinin təsirlərindən TASS agentliyinə danışıb.

“Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin üzərində işləmək prosesini çətinləşdirir. Rusiya tərəfi vəziyyəti yerində həll etmək üçün enerjili səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik”, – deyə nazir müavini söyləyib.

Onun sözlərinə görə, bu halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil. Rusiyalı diplomat qeyd edibki, əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər.

Onun sözlərinə görə, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitindən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə yardım etməyə hazırdır.