Rusiya XİN-dən Əsədov-Paşinyan görüşü barədə AÇIQLAMAbackend

Rusiya XİN-dən Əsədov-Paşinyan görüşü barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı və İrəvan arasında gərginliyin azaldılmasına töhfə verən istənilən təmasları alqışlayırıq”.

NOCOMMENT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə oktyabrın sonu Gürcüstanda Ermənistan və Azərbaycan Baş nazirləri arasında baş tutan görüş barədə danışarkən deyib.

Xatırladaq ki, oktyabrın 26-sı Tbilisi yaxınlığında yerləşən Muxranidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirakı ilə Azərbaycan və Ermənistanın Baş nazirləri Əli Əsədovla Nikol Paşinyan arasında görüş keçirilib. Görüşün detalları açıqlanmayıb.