Rusiya XİN-dən Qarabağdakı abidələrin qorunması məsələsinə münasibətbackend

Rusiya XİN-dən Qarabağdakı abidələrin qorunması məsələsinə münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı mədəni, tarixi və dini irsin qorunması məsələsinə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə “Dağlıq Qarabağ bölgəsindəki abidələrin qorunması mövzusu üzərində də dayanmaq istərdim. Abidələrin və Məkanların Qorunması Şurasının (ICOMOS), Beynəlxalq Arxivlər Şurasının, Beynəlxalq Muzeylər Şurasının (ICOM), Beynəlxalq Kitabxana Dərnəkləri və Müəssisələri Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatını alqışlayırıq”, – deyə Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, Moskva bu təşkilatların ekspert potensialından Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə UNESCO missiyasının hazırlanması və bölgəyə göndərilməsi istiqamətində tam istifadə ediləcəyini gözləyir.