Rusiya XİN: Ermənistandakı aksiyalar ölkənin daxili işidirbackend

Rusiya XİN: Ermənistandakı aksiyalar ölkənin daxili işidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda baş verən etiraz aksiyaları bu ölkənin daxili işidir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktorunun müavini Aleksey Zaytsev deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın sabit, təhlükəsiz və dinc şəkildə inkişafında maraqlıdır: “Bu, Ermənistanın daxili işidir. Biz müttəfiq respublikanın sabit, təhlükəsiz və dinc inkişafında maraqlıyıq. Biz belə bir prinsipdən çıxış edirik ki, bütün məsələlər müstəsna olaraq hüquqi və konstitusiya müstəvisində müvafiq demokratik prosedurlar çərçivəsində həll olunmalıdır.”

O, mitinqlərin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ilə əlaqələndirilməsinə toxunaraq qeyd edib ki, Moskvanın fikrincə, söhbət müxalifətin əldə olunmuş üçtərəfli razılaşmalara münasibətindən deyil, Ermənistan rəhbərliyinin müəyyən bəyanatları qəbul etməsindən gedir.

“Bununla əlaqədar bir daha qeyd etmək istərdim ki, biz hər zaman ilk növbədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi və İrəvanla Bakı arasında sülh sazişinin bağlanması yolu ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal töhfə verməyə sadiqik”, – deyə Zaytsev vurğulayıb.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.