Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbuledilməz adlandırıbbackend

Rusiya XİN Ermənistanın KTMT ilə bağlı ittihamlarını qəbuledilməz adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəbul etmir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz o mövqedən çıxış edirik ki, İrəvan hüquq və öhdəlikləri ilə təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir.

Moskva ümid edir ki, İrəvan mövcud narahatlıqların sakit dialoq şəraitində müzakirə olunması və həll edilməsinin zəruriliyi qənaətinə gələcək.

Paşinyanın bəyanatlarının arxasında nəyin nəzərdə tutulmasına dair ikitərəfli kanallar vasitəsilə hərtərəfli aydınlıq gətirilməsini gözləyirik”, – bəyanatda qeyd olunub..

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində “France 24” telekanalına müsahibəsində Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ölkəsinin iştirakını faktiki olaraq dondurduğunu deyib.

Bunun ardınca isə KTMT və Kreml Ermənistanın təşkilata üzvlüyünün dondurulması ilə bağlı rəsmi bildiriş göndərmədiyini bəyan edib.