Rusiya XİN Kiyevin general Moskalikin qətlində əli ola biləcəyini açıqlayıbbackend

Rusiya XİN Kiyevin general Moskalikin qətlində əli ola biləcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Kiyev sülh təşəbbüslərinə məhəl qoymayaraq, Rusiya ilə hərbi münaqişənin genişlənməsinə mərc edir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Zaxarova qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikə bugünkü sui-qəsddə Ukrayna xüsusi xidmət orqanlarının əli ola bilər.

“Əgər istintaq bu işdə Ukrayna izini təsdiqləsə, bu, Rusiya ilə hərbi qarşıdurmanın genişlənməsinə mərc edən Kiyev rejiminin barbar və xain mahiyyətini bir daha dünya ictimaiyyətinə nümayiş etdirəcək”, – diplomat əlavə edib.