Hazırda Rusiyanın NATO ilə dialoqunu bərpa etmək perspektivi yoxdur və alyansın son addımları Rusiya ilə mümkün toqquşmaya hazırlıqdan xəbər verir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bu gün substantiv dialoqun bərpası üçün heç bir perspektiv yoxdur”, – Qruşko bildirib.
Eyni zamanda, hərbi alyans Rusiya ilə mümkün toqquşmaya hazırlaşır. Bunu NATO-nun keçirdiyi təlimlər sübut edir.