Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilikbackend

Rusiya XİN: NATO-ya hücum etmək niyyətində deyilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya NATO ölkələrinə hücum etmək fikrində deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, son vaxtlar ABŞ-ın əmrindən sonra Rusiya prezidenti Vladimir Putinin Ukraynada dayanmayacağı və ondan sonra NATO ölkələrinə hücum edəcəyi barədə fikir yürütmək “dəb”ə çevrilib.

“Bu, tamamilə absurddur, hətta dezinformasiya da deyil, bu, rəhbərliyimiz tərəfindən ictimai şəkildə dəfələrlə açıqlanan, bağlı qapılar arxasında bildirilən siyasətin mahiyyətinin zərərli təhrifidir”, – diplomat vurğulayıb.