Rusiya XİN rəhbəri ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcəkbackend

Rusiya XİN rəhbəri ATƏT-in baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı bildirib.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir.

Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, – deyə M.Zaxarova qeyd edib.