Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna böhranının həllində ABŞ-ın rolunu dəyərləndirib və prezident Donald Trampın komandasının hərəkətlərinin vacibliyini qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə brifinq zamanı məlumat verib.
“Hər şey konkret tədbirlərdən və yeni administrasiyanın məhz bu hərəkətlərdə təcəssüm olunan planlarından asılı olacaq. Hal-hazırda çoxlu sözlər, çoxlu bəyanatlar var. Atılan addımlarla bağlı heç bir aydınlıq və ya əminlik yoxdur”, – deyə o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, indiki məqamda Rusiya ilə ABŞ arasında danışıqların mümkünlüyü barədə danışmaq tez olardı. Moskva Amerika tərəfinin konkret hərəkətlərini rəhbər tutacaq.