Rusiya XİN Ukraynadakı münaqişənin dondurulmasını qəbuledilməz adlandırıbbackend

Rusiya XİN Ukraynadakı münaqişənin dondurulmasını qəbuledilməz adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna münaqişəsinin dondurulması və ya müvəqqəti atəşkəs qəbuledilməzdir, çünki Qərb bundan Ukraynanın hərbi potensialını gücləndirmək üçün istifadə edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Müvəqqəti atəşkəs və ya çoxlarının dediyi kimi, münaqişənin dondurulması qəbuledilməzdir. Onlardan sadəcə olaraq eyni Qərb, kollektiv Qərb və onun ayrı-ayrı nümayəndələri Kiyev rejiminin hərbi potensialını gücləndirmək üçün istifadə edəcəklər”, – diplomat bildirib.

Zaxarova əlavə edib ki, nəticədə silahlı hərbi qisas cəhdi həyata keçirilə bilər.