Rusiya XİN Yaponiyanın sanksiyalarını “tələsik” hesab edibbackend

Rusiya XİN Yaponiyanın sanksiyalarını “tələsik” hesab edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Yaponiyanın son sanksiyalarına adekvat cavab verəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru vəzifəsini icra edən Sergey Jestki deyib.

O qeyd edib ki, Moskva Yaponiya tərəfinin yeni sanksiyalarını “G7-nin onlayn sammitinin nəticələri əsasında tələsik hazırlanmış sənəd” kimi qiymətləndirir. Diplomat xəbərdarlıq edib ki, Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər son nəticədə ölkənin özünə də zərbə vuracaq.

Jestki onu da qeyd edib ki, Rusiya ilə Yaponiya arasında münasibətlərin bünövrəsi demək olar ki, tamamilə məhv edilib. Onun sözlərinə görə, Yaponiya hakimiyyəti Ukrayna məsələsində bilərəkdən qərbyönlü mövqe seçib. Bu, onilliklər boyu qarşılıqlı səylər nəticəsində yaradılmış Rusiya-Yaponiya münasibətlərinin bünövrəsinin məhvinə gətirib çıxardı.