Rusiya XİN: Yaxın Şərqdə sabitlik üçün Fələstin dövləti zəruridirbackend

Rusiya XİN: Yaxın Şərqdə sabitlik üçün Fələstin dövləti zəruridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tərəfi Fələstin-İsrail danışıqlarının qurulmasını vacib vəzifə kimi görür, bu danışıqların məqsədi isə müstəqil Fələstin dövlətinin yaradılması olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“Rusiya tərəfi müstəqil Fələstin dövlətinin yaradılmasına yönəlmiş birbaşa Fələstin-İsrail danışıqlarının qurulmasını vacib hesab edir”, – deyə diplomatlar bildiriblər.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, bu dövlət İsraillə sülh və təhlükəsizlik şəraitində birgə mövcud olmalı və Yaxın Şərqdə sabitliyin əsas dayaqlarından birinə çevrilməlidir.