Rusiya Xodorkovskini yenidən axtarışa veribbackend

Rusiya Xodorkovskini yenidən axtarışa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Daxili İşlər Nazirliyi iş adamı Mixail Xodorkovskini yenidən axtarışa verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, iş adamı Rusiya ordusu haqqında feyk məlumatlar yaymaqda ittiham olunur.

Xodorkovski Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

Qeyd edək ki, Xodorkovski 1995-2003-cü illərdə “Yukos” neft şirkətinin rəhbəri olub. 25 oktyabr 2003-cü ildə mənimsəmə və vergidən yayınma ittihamı ilə həbs edilib. Həbs olunduğu zaman o, dünyanın ən varlı adamlarından biri olub, sərvəti 15 milyard dollar qiymətləndirilib.

2005-ci ildə o, Rusiya məhkəməsi tərəfindən dələduzluq və digər cinayətlərdə təqsirli bilinib. “Yukos” şirkəti iflas proseduruna məruz qalıb. 2010-2011-ci illərdə yeni ittihamlarla 14 il müddətinə azadlıqdan məhrum edilib. 10 il 2 ay həbsdə olub. 2013-cü ilin dekabrında Xodorkovski Prezident Putin tərəfindən əfv olunub və azadlığa çıxıb.

Daha sonra keçmiş oliqarx Avropaya köçərək ordan ictimai-siyasi fəaliyyətə başlayıb. Rusiyanın hazırki hakimiyyətinə müxalif olan Xodorkovski Moskvanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata qarşı çıxıb.