Rusiya xüsusi xidməti Tatarıstan və Krımda əməliyyat keçirdibackend

Rusiya xüsusi xidməti Tatarıstan və Krımda əməliyyat keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Təhlükəsizlik Xidməti (FTX) Tatarıstan və Krımda xüsusi əməliyyat keçirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, əməliyyat zamanı Rusiyada qadağan edilmiş İŞİD terror təşkilatının bir qrup maliyyəçisi həbs edilib.

FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, cinayətkar qrupun fəaliyyətinin təhqiq olunmasında “Rosfinmonitorinq” də iştirak edib.

Şübhəli şəxslərin hamısı 2015-ci ildən 2019-cu ilədək Tatarıstan və Krımda xeyriyyə məqsədilə, əslində yaraqlıların ehtiyacları üçün internet vasitəsilə pul toplayan Rusiya vətəndaşlarıdır. Toplanan vəsait xaricə göndərilib.

Qeyd edək ki, fevralın 15-də Novosibirsk və Tomsk vilayətlərində də Rusiyada qadağan edilmiş terror təşkilatı “Katiba Tövhid vəl-Cihad”ı maliyyələşdirməkdə şübhəli bilinən iki nəfərin tutulması barədə məlumat açıqlanmışdı.