Rusiya xüsusi xidmətləri onu “öldürtdü”, amma o sağdır – 500 min dollarlıq gizli əməliyyat ifşa olundubackend

Rusiya xüsusi xidmətləri onu “öldürtdü”, amma o sağdır – 500 min dollarlıq gizli əməliyyat ifşa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə “Rus Könüllü Korpusu”nun (RDK) komandiri Denis Kapustinin qətlə yetirilməsi planlaşdırılıb.

NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, bu məqsədlə Rusiya tərəfi 500 min dollar vəsait ayırıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) açıqlamasına görə, bir aydan artıq davam edən xüsusi əməliyyat nəticəsində Kapustinin həyatı qorunub saxlanılıb, eyni zamanda bu sifarişin arxasında dayanan Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar tam şəkildə müəyyən edilib.

GUR-un məlumatında bildirilir ki, əməliyyat çərçivəsində qarşı tərəfə Kapustinin guya “öldürüldüyü” barədə dezinformasiya ötürülüb. Bunun müqabilində Rusiya xüsusi xidmətlərinin ayırdığı 500 min dollar məbləğində vəsait əldə edilib. Sözügedən pulun Ukraynanın xüsusi təyinatlı bölmələrinin ehtiyaclarına yönəldiləcəyi vurğulanır.

Hadisə Rusiya–Ukrayna müharibəsi fonunda kəşfiyyat savaşının təkcə cəbhədə deyil, pərdəarxası əməliyyatlar və informasiya manipulyasiyaları səviyyəsində də nə qədər sərt və amansız aparıldığını açıq şəkildə nümayiş etdirir.