Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladıbackend

Rusiya Yaponiya ilə sülh müqaviləsi şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bildirib ki, hazırda Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi bağlamaq üçün heç bir şərt yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) dünya xəbər agentliklərinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Yaponiyanın Ukrayna böhranında iştirakı Tokio ilə Moskva arasında dialoqa da təsir edir.

Putin vurğulayıb ki, Rusiya ölkələr arasında münasibətləri çətinləşdirə biləcək heç bir addım atmayıb. O, sülh müqaviləsi üzrə dialoqu bərpa etməyə hazır olduğunu, ancaq zəruri şərtlərin yerinə yetirildiyi halda olduğunu bildirib.

Yaponiya və Sovet İttifaqı, daha sonra isə onun varisi kimi Rusiya Cənubi Kuril adaları ilə bağlı ərazi mübahisəsinə görə İkinci Dünya Müharibəsindən sonra hələ də sülh müqaviləsi bağlamayıblar. Bu mübahisəyə Kunaşir, Şikotan, İturup adaları və müharibədən sonra SSRİ-yə keçən Habomai silsiləsi daxildir. Yaponiya dəfələrlə bu ərazilərin qaytarılması ilə bağlı iddialarını bildirib.