Rusiya Donetsk bölgəsindəki hücumda yaşayış məntəqələrini hədəfə alıb.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi hücumun Donetsk vilayətinin Pokrovsk şəhərində baş verdiyini açıqlayıb.
Bildirilib ki, hücumda 7 nəfər həyatını itirib, 67 nəfər yaralanıb.
Nazirlikdən verilən açıqlamada, “Pokrovskda saat 07.00-a olan məlumata görə, 7 nəfər ölüb. 29 polis, 7 xilasedici və 2 uşaq olmaqla 67 nəfər xəsarət alıb. Gecələr təkrar bombardman təhlükəsi yüksək olduğundan işi dayandırmalı olduq”, – deyə qeyd edilib.
Ukraynanın Fövqəladə Hallar Xidməti dağıntılar altında heç kimin qalmadığını bildirib.