Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcəkbackend

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Çinə qazı avropalı istehlakçılardan 28% ucuz satacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Rusiya İqtisadi İnkişaf Nazirliyinin hazırladığı makroproqnoza istinadən məlumat yayıb.

Proqnoza görə, endirim ən azı 2027-ci ilə qədər qüvvədə olacaq. 2024-cü ildə Rusiya qazının Çin üçün ixrac qiyməti min kubmetr üçün 257 dollar, Avropa və Türkiyə bazarlarına tədarük 320,30 dollar təşkil edəcək. Agentliyin analitikləri aydınlaşdırıblar ki, 2023-cü ildə çinli tərəfdaşlar üçün qazın qiyməti 286,9 dollar, Avropa ölkələri üçün isə 461,3 dollar olub.

Ekspertlər 2025-ci ildə Çin və Avropa üçün qazın bir kubmetrinin qiymətinin müvafiq olaraq 243,7 və 320,1 dollar, 2026-cı ildə isə 233 və 320 dollar olacağını proqnozlaşdırırlar. 2027-ci ildə Çin üçün bir kubmetr 227,8 dollar, Avropa üçün isə 315,4 dollar olacaq. Agentlik qeyd edib ki, bütün hallarda fərq orta hesabla 28%-i keçmir.