Rusiya yeni bomba istehsalına başlayırbackend

Rusiya yeni bomba istehsalına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2024-cü ildə yeni “Drel” aviabombasının istehsalına başlamaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Rostex”dən məlumat verilib.

“Drel” müasir aviabombası hərbi idarənin təyin etdiyi bütün sınaqlardan uğurla keçdi. Bu il bombaların seriyalı istehsalına başlanılacaq. Bombanın yaradılması ilə bağlı ilk dəfə 2016-cı ildə məlumat verilmişdi. Onun radarlarda faktiki olaraq aşkar edilməyəcəyi gözlənilir. “Drel” müstəqil olaraq lazım olan məsafəni uçur və lazımi anda onun üstündə açıla bilir”, – deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, “Drel” aviabombaları zirehli texnikanın, yerüstü radiolokasiya stansiyaları, enerji qurğularının idarə olunması məntəqələri və zenit-raket komplekslərinin məhv edilməsi üçün nəzərdə tutulub.