Rusiya yeni taxıl ixracı marşrutu üzərində işləyirbackend

Rusiya yeni taxıl ixracı marşrutu üzərində işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qara dənizdəki taxıl dəhlizindən Ukrayna Krım körpüsünə hücum etmək üçün istifadə edib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında Krıma taxıl dəhlizindən hücum edildiyini iddia edərək, Ukraynanı günahlandırıb.

Bundan başqa Rusiya Xarici İşlər Nazirliyi yeni taxıl marşrutu üzərində çalışdıqlarını da açıqlayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski Rusiyanın taxıl təşəbbüsünü dayandırmasından sonra verdiyi ilk açıqlamada “Qara dəniz taxıl təşəbbüsü”nün Moskvasız davam edə biləcəyini bildirib.

NOCOMMENT.AZ