Rusiya Zaporojye və Xerson vilayətlərinin müstəqilliyini tanıdıbackend

Rusiya Zaporojye və Xerson vilayətlərinin müstəqilliyini tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin müstəqilliyi və suverenliyini tanıyıb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum keçirilib.

Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir.