Rusiya zənginlər vergisindən əldə etdiyi gəliri açıqlayıbbackend

Rusiya zənginlər vergisindən əldə etdiyi gəliri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-may aylarında fərdi gəlir vergisindən (NDFL) Rusiya federal büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 57% artıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Federal Vergi Xidmətinin (FTS) mətbuat xidmətinə istinadən məlumat yayıb.

İllik gəliri 5 milyon rubldan çox olan varlı vətəndaşlar tərəfindən 13% əvəzinə 15% dərəcəsi ilə artan haqq ödənilir. Yalnız bu dəyərdən yuxarı olan məbləğlər artırılmış dərəcəyə tabedir. 2%-i federal xəzinədarlığa, qalan 13%-i isə regional büdcələrə paylanır.

Bu ilin beş ayı ərzində xəzinəyə 57,6 milyard rubl, 2023-cü ilin eyni dövründə isə 36,5 milyard rubl daxil olub.

Məqalədə qeyd olunur ki, bütövlükdə əhalinin vergiyə cəlb olunan gəlirləri artır. Beləliklə, 2024-cü ilin ilk üç ayında onların həcmi 10,4 trilyon rubl təşkil edib.