Rusiyanın Leninqrad vilayətindəki limanda 130 min ton mazut dolu tankerdə güclü partlayış baş verib.
NOCOMMENT.az ajans.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, fevralın 9-da Ust-Luq limanındakı Antuqa və Barbuda bayrağı altında üzən “Koala” adlı tankerə 130 min ton mazut yüklənib. Tanker hərəkət etməyə başlayan zaman maşın bölməsində 3 güclü partlayış baş verib.
Heyət sahilə çıxmağa müvəffəq olub. Tankerin maşın bölməsi tamamilə su ilə dolub, özü isə saya oturub.
Hadisə zamanı xəsarət alan olmayıb. Neft məhsullarının dənizə sızması qeydə alınmayıb.