Rusiyada 2024-cü ilin dekabrında illik inflyasiya açıqlanıbbackend

Rusiyada 2024-cü ilin dekabrında illik inflyasiya açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 2024-cü ilin dekabrında illik inflyasiya noyabrda 8,88%-ə qarşı 9,52% təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidməti məlumat yayıb.

Qeyd olunur ki, aylıq ifadədə istehlak qiymətləri 1,32% artıb.

Rosstatın məlumatına görə, göstərilən ayda ərzaq məhsulları noyabr ayı ilə müqayisədə 2,6%, illik ifadədə isə 11,05% bahalaşıb. Qeyri-ərzaq məhsullarının dəyəri aylıq müqayisədə 0,81%, illik müqayisədə isə 6,12% artıb. Bundan başqa, xidmətlər ötən ilin noyabr ayı ilə müqayisədə 0,2%, illik ifadədə isə 11,52% bahalaşıb.