Rusiyada ağır qəza – 3 azərbaycanlı öldü (FOTO)backend

Rusiyada ağır qəza – 3 azərbaycanlı öldü (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. “LADA Priora” və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri – 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada həlak olan digər həmyerlimiz isə Ağstafa rayonunun Muğannı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.

Buna da baxın

Qəhvənizə bir qaşıq əlavə edin – Bağırsaqları işlədirbackend
Trend
Qəhvənizə bir qaşıq əlavə edin – Bağırsaqları işlədir