Rusiyada amerikalı muzdlu əsgərə 14 il qiyabi iş kəsilibbackend

Rusiyada amerikalı muzdlu əsgərə 14 il qiyabi iş kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya məhkəməsi ABŞ vətəndaşı Troy Offenbekeri muzdluluq ittihamı ilə qiyabi olaraq 14 il həbs cəzasına məhkum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, 2022-ci ildə Offenbeker Ukraynaya gəlib və Beynəlxalq Legiona qoşulub.

Offenbeker 2022-ci ilin mayından 2024-cü ilin avqustuna qədər Ukrayna silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edib.

“Məhkəmə onu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. O, beynəlxalq axtarışa verilib”, – məlumatda deyilir.