Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıbbackend

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “iz.ru” yayıb.

Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.

Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.

Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrin nəşrə bildirdiyinə görə, Xaxalyevanın ekstradisiyası barədə qərarı Azərbaycan hakimiyyəti verəcək. Rostov-na-Don məhkəməsi keçmiş hakim barəsində qiyabi həbs qərarı çıxarıb. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxlayevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.