Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanıldıbackend

Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (“Я Замир”, tərc.: Mən Zamirəm-red) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Viktor Şenderoviç feysbuk hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış (“Я за мир”, tərc.: “Mən sülh tərəfdarıyam”) kimi başa düşdüyü üçün saxlayıb. Saxlanılan azərbaycanlının adının Zamir olması müəyyən ediləndən sonra o, sərbəst buraxılıb.