Rusiyada azərbaycanlı milyarderin şirkətinə basqın edildi – FOTObackend

Rusiyada azərbaycanlı milyarderin şirkətinə basqın edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətində axtarışlar aparılıb.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Moskvadakı Lujnikidə yerləşən şirkətin ofisinə Rusiya Qvardiyasının “SOBR” xüsusi təyinatlıları və istintaqçılar daxil olub. Onlar sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verməyiblər.
Qeyd edək ki, “Railgo” şirkəti azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsusdur.
Rəhman Xəlilov “ISR Holding”in sahibi, milyarder İskəndər Xəlilovun oğludur. O, 1977-ci ildə Bakıda anadan olub. Rəhman Xəlilov iş adamı və xeyriyyəçidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olub.
Bakupost.az